SOCAR Qaz Tikinti Trestinin nümayəndələri labaratoriyamız ilə əyani tanış oldular

Maybo Calibration MMC olaraq, Neft-Qaz Kəmərləri İdarəsi və SOCAR Qaz Tikinti Trestinin nümayəndələrini laboratoriyamızda qonaq etdik. Səfər çərçivəsində qonaqlar laboratoriyamızın fəaliyyəti, istifadə olunan avadanlıqlar və beynəlxalq standartlara uyğun kalibrləmə prosesləri ilə tanış oldular. Onlara ölçmə və kalibrləmə prosedurlarının əsas prinsipləri, keyfiyyət standartları və tətbiq olunan texnologiyalar haqqında ətraflı məlumat təqdim edildi. Görüş zamanı mütəxəssislərimiz tərəfindən laboratoriyamızın imkanları və xidmət sahələri izah olunaraq, bu sahədə həyata keçirilən proseslər haqqında geniş müzakirələr aparıldı.