Bütün kalibrasiya ehtiyaclarınızı təmin etmək üçün bir ünvan!

Bütün kalibrasiya ehtiyaclarınızı təmin etmək üçün bir ünvan!

Müəssisəmiz geniş çeşid kaibrlərmə xidmətləri təklif edir. Xidmətlərimizə elektrik testi, təzyiq, axın, həcm, temperatur, çəki, fiziki-kimyəvi ölçü və digər kateqoriyadan olan cihazların kalibrlənməsi daxildir.

Sertifikatlı kalibrasiya

Müəssisəmiz müvafiq dövlət orqanları tərəfindən test və ölçü cihazlarının kalibrlənməsi üçün rəsmi lisenziyalar əldə etmişdir. Kalibrləmə prosesinin etibarlığından əmin olmaq üçün sertifikatlarımız ilə tanış ola bilərsiniz.

Uzun illərin təcrübəsi

2012-ci ildən başlayaraq, bazarda kalibrləmə xidmətləri təklif edirik. Bu müddət ərzində yüzlərlə şirkət və fərdlər üçün uğurla kalibrləmə xidmətləri həyata keçirmişik. Xidmətlərimizdən istifadə edən tərəflərin əksəriyyəti təkrar istifadə edən müştərilərə çevrilirlər.

Dəqiqliyə zəmanət

Fəaliyyətimiz dövründə kalibrləmə prosesində istifadə etdiyimiz bütün avadanlıqlar dünyanın aparıcı brendlərindən olan müasir avadanlıqlar olmuşdur. Bu fərqimizə görə tərəfimizdən kalibrləmə prosesi yüksək dəqiqliklə yerinə yetirilir.

Peşəkar texniki servis

İşimiz yalnız kalibrləmə ilə bitmir, istifadə etdiyiniz test və ölçü cihazlarına peşəkarlardan ibarət komandamız tərəfindən təmir xidməti göstərilir. Komandamızın üzvləri sertifikatlaşdırılmış peşəkarlardır.

                               

Sürətli xidmət

Müştərilərimizin zamanın pula bərabər olduğunu yaxşı anlayırıq, uzunillik təcrübəmizdən dolayı, test və ölçü cihazlarının kalibrlənməsini çox sürətlə və peşəkarlıq standartlarını qorumaqla həyata keçirərək və vaxtınıza qənaət etmiş oluruq.

Sertifikatlar

Müştərilər

Kiçik addımlarla, böyük məsafə...

12 il əvvəl kalibrləmə sektorunda xidmət göstərən "Maybo Calibration" MMC laboratoriyası yaradıldı. Məqsədimiz sənaye və tibb sektorunda ən yaxşı kalibrləmə xidmətlərini təqdim etmək olan "Maybo Calibration" MMC, xidmətlərini təcrübə, təlim keçmiş kadrlar və texnoloji infrastruktur ilə inkişaf etdirmək imkanına malikdir.

Tələb olunan şərtlərə uyğun olaraq AZS ISO / IEC 17025-də göstərilən bütün tələblərə cavab vermək üçün təşkilat daxilindəki bütün fəaliyyətlər üçün sənədləşdirilmiş prosedurlar müəyyən edilərək yüksək keyfiyyətli, sürətli və etibarlı kalibrləmə nəticələrini əldə etməklə müştəri məmnuniyyətini mütəmadi artır.

"Dəqiqlik bizim işimizdir.
Adi tərəzidən başlayaraq müxtəlif sənayelərdə peşəkarların istifadə etdiyi test və ölçü cihazlarına qədər, geniş spektrdə olan avadanlıqları müasir labaratoriyamızda kalibrləyirik.
Kalibrələmə üçün bizə müraciət edin."

Ceyhun Mehtiyev imza - Kalibrasiya.az
Ceyhun Mehtiyev
Direktor - "Maybo Calibration" MMC