PAPREC Energy Azerbaijan – Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda kalibrasiya xidməti başa çatdı

Maybo Calibration komandası olaraq, sənaye və ətraf mühitin təhlükəsizliyi sahəsində yüksək dəqiqlik və etibarlılıq prinsipini əsas götürərək növbəti xidmətimizi PAPREC Energy Azerbaijan MMC-də həyata keçirdik. Zavodun ərazisində quraşdırılmış “OLDHAM OLC 100XP” cihazı və “MX42A Control Unit” idarəetmə panelinin kalibrlənməsi uğurla icra olunub.
Kalibrasiya prosesi, avadanlığın düzgün və davamlı işləməsini təmin etmək, həmçinin operatorların və ətraf mühitin təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Maybo Calibration-un peşəkar mühəndisləri tərəfindən yerində aparılan xidmət beynəlxalq ISO/IEC 17025 standartlarının tələblərinə uyğun şəkildə həyata keçirilib. Əməkdaşlığımıza görə PAPREC komandasına təşəkkür edir, sənaye təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olaraq fəaliyyətimizi davam etdiririk.