Temperatur ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi

Maybo Calibration MMC-nin temperatur kalibrləmə laboratoriyası temperaturun qurulması və ötürülməsi ilə bağlı izlənilmənin bütün mərhələlərində ölçmə xidmətləri göstərməyə qadirdir. Maybo Calibration MMC-nin temperatur kalibrləmə laboratoriyası – Fiziki cihaz infrastrukturu, səlahiyyətli kalibrləmə personalı, beynəlxalq səviyyədə etibarlı üsulları, cihaz çeşidi və ölçmə sahəsi baxımından geniş əhatə dairəsi, yüksək ölçmə imkanları ilə sənaye temperatur ölçmələri sahəsində liderdir.

Müqayisəli ölçmələr müştərinin tələb etdiyi həssaslıq və dəqiqlik səviyyəsinə uyğun gələn sabit nöqtələrdən istifadə etməklə ilkin səviyyəli kalibrləmə və ya digər temperatur mənbələrindən istifadə etməklə edilə bilər. Bu mənada sənaye kalibrləməsindən elmi kalibrləməyə qədər dəyişən temperatur kalibrləmələri laboratoriyamızın əhatə dairəsindədir.

Temperaturun kalibrlənməsi sahəsində infraqırmızı termometrlərin, elektron, bimetal, manometrik termometrlərin, mayeli şüşə termometrlərin, müxtəlif tipli termocütlərin, termotənzimləyiclərin və termoçeviricilərin və s. cihazların kalibrlənməsi mümkündür.

Laboratoriyada ölçmə vasitələrinin kalibrlənməsi əsasən aşağıda adları qeyd edilən avadanlıqlarla həyata keçirilir:

  1. Fluke 9170
  2. Fluke 9173
  3. Fluke 9150
  4. Fluke 4180
  5. Fluke 4181
  6. Fluke 52 II
  7. Fluke 712B
  8. Fluke 714B