Mobil Ekoloji Monitorinq Laboratoriyası üçün Avadanlıqların Quraşdırılması və Kalibrlənməsi

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq “Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi” ilə bağlanmış müqavilə əsasında, hava keyfiyyətinin monitorinqi məqsədilə mobil laboratoriyanın cihaz və avadanlıqlarla təmin olunması və onların quraşdırılması üzrə işlər uğurla icra olunmuşdur.

Layihə çərçivəsində aşağıdakı əsas mərhələlər həyata keçirilmişdir:

✅ Cihazlar beynəlxalq izlenebilir etalon vasitələrdən istifadə edilməklə kalibrlənmişdir. Bu, ölçmə nəticələrinin etibarlılığını və düzgünlüyünü təmin edir.

✅ Kalibrləmə əməliyyatlarından sonra cihazların göstəriciləri yenidən sıfırlanaraq, onların ilkin vəziyyətə gətirilməsi təmin olunmuşdur. Bu, davamlı və stabil işləmə üçün vacib mərhələdir.

✅ Avadanlıqların tam işləkliyini təsdiqləmək üçün sonda cihazlara qaz verilmiş və alınan nəticələrin normativ göstəricilərə uyğunluğu yoxlanılmışdır. Bu mərhələ real şəraitdə cihazların düzgün işlədiyini sübut edir.

Bu proseslərin icrası nəticəsində mobil laboratoriya tam funksional vəziyyətə gətirilmiş və hava keyfiyyətinin monitorinqi üzrə dəqiq ölçmələrin aparılmasına hazır olmuşdur.