Sahədə baş verə biləcək qaz sızmalarını aşkar etmək üçün istifadə edilən portativ və sabit qaz detektorlarının ölçmə dəqiqliyi həm obyekt, həm də işçilərin təhlükəsizliyi üçün çox vacibdir. İstinad dəyəri təsirlənmiş detektorlar ətraf mühitdə qaz sızması təhlükəli səviyyədə olsa belə, həyəcan siqnalı verməyə bilər və ya ətraf mühitdə qaz sızması olmadığı halda yanlış həyəcan siqnalı yaradaraq iş proseslərinin pozulmasına səbəb ola bilər. İşçilərin təhlükəsizliyini təmin etmək və cihazlarınızın uzun müddət heç bir problem olmadan işləməsini təmin etmək üçün dövri texniki xidmət tələb olunur.
Laboratoriyamızda qaz detektorların, alkotesterlərin, termohiqrometrlər və nəmlik ölçənlər, konduktometr, pH-metrlərin və s. yoxlanması və kalibrlənməsi həyata keçirilir. Laboratoriyada bufer məhlullar, standart qaz qarışıqları və s. etalon nümunələrdən istifadə olunur.
Laboratoriyada ölçmə vasitələrinin kalibrlənməsi əsasən aşağıda adları qeyd edilən avadanlıqlarla həyata keçirilir: