“Maybo Calibration” MMC-nin tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 3-cü kurs tələbələri üçün maarifləndirici təlim

“Maybo Calibration” MMC-nin Laboratoriya müdiri Nərgiz Hüseynova tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 3-cü kurs tələbələri üçün maarifləndirici təlim keçirilmişdir.
Təlim çərçivəsində tələbələrə:
- ISO/IEC 17025:2020 standartının əsas prinsipləri;
- Metrologiyanın əsas anlayışları və tətbiq sahələri;
- Diaqnostika və ölçmə sistemlərində keyfiyyətə nəzarət;
- Kalibrasiya prosesi və ölçmə qeyri-müəyyənliyi;
- Real laboratoriya təcrübələri və nümunələr barədə ətraflı məlumat təqdim olunmuşdur.
Təlimin məqsədi tələbələrdə bu sahəyə maraq oyatmaq, onları real iş mühiti və beynəlxalq standartların tələbləri ilə tanış etmək, həmçinin praktik yanaşma formalaşdırmaq olmuşdur.
“Maybo Calibration” MMC olaraq gələcəyin mütəxəssislərinin hazırlanmasına dəstək verməkdən və elm-təhsil əməkdaşlıqlarını təşviq etməkdən məmnunluq duyuruq.